- Baxış sayı: 66
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 96
- Noyabr 21, 2024
- 0
İslandiya paytaxtı Reykyavikdə kişilərin Avropa çempionatında 5-ci tur Azərbaycan şahmatçıları üçün uğurlu olub. Allsport.az saytı xəbər verir ki, 1-ci lövhədə Rauf Məmmədov (2654) ağ fiqurlarla yarışın öncülü, ermənistanlı Robert Oqanesyanı (2626) 37-ci gedişdə təslim edib.
Nicat Məmmədov (2595) irlandiyalı Tarun Kanyamaralanı (2369), Nicat Abbasov (2656) serbiyalı Luka Budisavljeviçi (2495), Riad Səmədov (2360) yerli Toy May Aronu (2110) üstələyib.
Tək üzülən Aydın Süleymanlı (2536) olub. O, qaralarla portuqaliyalı Ventura Andre Souzaya (2405) yenilib.
3-qat qitə çempionumuz hesabında 3,5 xalla 2-13 yerləri bölüşdürür. Əmsala görə Rauf 8-cidiri.