- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 75
- Noyabr 21, 2024
- 0
Şahmat millimizin aparıcı üzvü Rauf Məmmədov ailə həyatı qurur. Allsport.az saytı xəbər verir ki, toy noyabrın 17-də paytaxtın tanınmış şadlıq evlərinin birində olacaq. Qrossmeysterimiz 22 yaşlı ukraynalı həmkarı ilə evlənir.
Nataliya Buksa Lvov şahmat məktəbinin yetirməsidir. 2015-ci ildə U-20 dünya çempionatının qalibidir. Yeniyetmə çağında bu uğuruna görə FİDE onu qadınlar arasında qrossmeyster adına layiq görüb. 2 il öncə Ukrayna çempionatında iştirak edən Nataşa gümüş medal qazanıb.
Raufa gəlincə, o, komandalar arası Avropa çempionatının 3-qat qalibidir (2009, 2013, 2017). 2015-ci ildə Minkskə keçirilən bilits üzrə şəxsi yarışda 1-ci yer tutub. Bir il sonra Çinin Huayan şəhərində təşkil olunan IMSA elit intellektual oyunlarında sürətli şahmatda qalib olub.
2016-cı ildə Bakının ev sahibliyi etdiyi 42-ci ümumdünya şahmat olimpiadasında milli üzvləri arasında ən yaxşı nəticə göstərib: 1 görüş belə uduzmayan şətrənc ustası 8 oyuna 6 xal yığıb. Bu il Gürcüstanın Batumi şəhərində keçirilən eyni yarışda həmyerlimiz karyerasında ilk dəfə 4-cü lövhədə çıxış edənlər arasında “olimpiya bürüncü”nə yiyələnib.