- Baxış sayı: 65
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Şahmat üzrə kişilər arasında Azərbaycan çempionatında beşinci turun oyunları başa çatıb. Allsport.az xəbər verir ki, bu turda Eltac Səfərli ilə xalları yarı bölən qrossmeyster Rauf Məmmədov aktivinə 4 xal yazaraq çempionata vahid liderlik edir.
Beşinci turda Vasif Durarbəyli – Qədir Hüseynov, Zaur Məmmədov – Nicat Abbasov, Pərviz Qasımov – Ülvi Sadıqov, Orxan Abdulov – Urfan Sevdimalıyev qarşılaşmalarında da heç-heçə qeydə alınıb. Azər Mirzəyev Vüqar Rəsulovu, Ülvi Bacarani Elvin Bayramovu, İzzət Kənan Misrəddin İsgəndərovu, Kənan Heydərli Bəhruz Rzayevi, Loğman Quliyev Vüqar Əsədlini, İsmayıl Şahəliyev Nurlan Şabanovu məğlub edib.
Beş turdan sonra R.Məmmədov 4, V.Durarbəyli, A.Mirzəyev, Q.Hüseynov, E.Səfərli və Ü.Bacarani 3,5, V.Rəsulov, İ.Kənan, N.Abasov və K.Heydərli 3 xal, Z.Məmmədov, İ.Şahəliyev, L.Quliyev, E.Bayramov 2,5 xal, M.İsgəndərov 2 xal, O.Abdulov, V.Əsədli, N.Şabanov, B.Rzayev, P.Qasımov və Ü.Sadıqov 1,5, U.Sevdimalıyev isə 0,5 xal toplayıblar.
İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçirilən çempionat yanvarın 16-da başa çatacaq.