Rauf Məmmədov: Belə rəqiblərlə görüşdə qətiyyən səhv olmaz

Bakıda keçirilən Dünya Kubokunda 1\32 final mərhələsinin cavab görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, ilk görüşdə məğlub olan azərbaycanlı şahmatçı Rauf Məmmədov, ABŞ təmsilçisi Fabiano Karuana növbəti matçda heç-heçə oynayıb. Ümumi nəticəsinə görə yarışla vidalaşan qrossmeysterimiz, v uğursuzluğu belə izah edib:

“Fabiano Karuana haqda danışmağa ehtiyac yoxdur. Güclü şahmatçıdır. Dünya reytinqində ilk pillələrdə qərarlaşıb. Duelin taleyi ilk görüşdə həll olundu. 41-ci gedişdə kobud səhv etdim və partiyanın taleyi bilindi. Belə rəqiblərlə görüşdə səhv etmək qadağan olunur.

Onlar bunu bağışlamır. 41-ci gedişdən sonra məğlubiyyətlə barışmalıydım. İkinci görüşdə qara fiqurlarla çıxış edirdim. Karuana kimi rəqiblə oyunda qara fiqurlarla qələbə qazanmaq çox çətindir. Özü də bu gün mənə mütləq qələbə lazım idi. Heç-heçə oldu və ümumi nəticəyə görə məğlub oldum”.

Həmin kateqoriyadan