- Baxış sayı: 28
- 05 Dekabr 2025 16:47
- Baxış sayı: 89
- Dekabr 05, 2025
- 0

Synergy Group-un təşkilatçılığı ilə mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə keçirilən ShamkirChess2015 superturnirinin 2-ci turunda Rauf Məmmədov niderlandlı həmkarı Aniş Giriylə heç-heçə oynayıb. Allsport.az saytı xəbər verir ki, təmsilçimiz partiyanın sonuna yaxın üstünlük qazandığını lakin yorulduğunu bildirib:
“Bu gün oyun ağır alındı. Sona yaxın üstünlük var idi, amma artıq yorulmuşdum. Heç-heçə olduğunu görürdüm. Rəqib vəziyyətdən çıxış yolunu axtarırdı. Amma belə oyunlarda dönüş etmək asan olmur. Çox yorulmuşdum, ona görə düzgün gedişi görmürdüm”.