- Baxış sayı: 145
- 16 Dekabr 2024 16:49
- Baxış sayı: 165
- Dekabr 18, 2024
- 0
3-qat Avropa çempionu Rauf Məmmədov sosial şəbəkə səhifəsində FİDE bayrağı altında yarışlarda iştirakdan imtina edib. Allsport.az saytı xəbər verir ki, şahmatçımız addımını bununla izah edib:
“İlk növbədə şəxsimə göstərilən diqqət və dəstəyə görə hamıya təşəkkür edirəm. Ukraynadakı hadisələr hamıya o cümlədən mənə də təsir edir. Həyat yoldaşım Nataliya Buksa ukraynalıdır və əslən Lvovdandır. Ukraynadakı hərbi əməliyyatlar başlayan zaman biz bu şəhərində yaşayırdıq. Təsəvvür edin, Lvov bombardman olunandan sonra təxliyə olunmağa məcbur olduq. Həyatımda heç vaxt unutmayacağım həyəcanlı anlar yaşadım.
Şahmatçı kimi indiki vəziyyətdə yarışda iştirak etmək, bütün fikrimi cəmləmək çətindir. Feysbukda postuma səbəb kimi göstərilən faktlar reallıqda öz təsdiqini tapmadı. Buna görə də sosial şəbəkədə emosional vəziyyətdə yazdığım sözlərin bir qədər düşünülməmiş qərar olduğunu deməliyəm. Azərbaycan millisində çıxış etmək hər zaman qürurlu olub. Ən çətin vaxtlarda belə yığmanı mübarizədə tək qoymamışam.
Azərbaycan millisi ilə 3 dəfə Avropa çempionluğunun sevincini yaşamışam. Ailə üzvlərim, yaxınlarım milli komandanın mənim üçün nə qədər önəmli olduğunu başa düşür. Ona görə milli komandada çıxışımı davam etdirəcəyimi, mötəbər yarışlarda Azərbaycan yığmasının şərəfini qoruyacağıma ümid edirəm”.