- Baxış sayı: 60
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 51
- Noyabr 21, 2024
- 0
Son günlər ABŞ, Böyük Britaniya, Belçika və Rusiya kimi ölkələrdə ermənilərin soydaşlarımıza qarşı törədikləri vəhşiliklərə şahmat millimizin üzvü Rauf Məmmədov özünəməxsus şəkildə cavab verdi. Allsport.az xəbər verir ki, o, sosial hesabında 2018-ci ildə Batumidə keçirilən dünya şahmat olimpiadasında yığmamızın ermənilər üzərində qazandığı parlaq qələbənin videosunu paylaşıb:
“Biz bu günlərdə erməni vandalizmini gördük. Amma biz onlara intellektimizlə qalib gələcəyik!”
Yığmamızın digər lideri Şəhriyar Məmmədyarov bu paylaşıma rəy yazıb: “Mən, Teymur və rəhmətlik Vüqarın bu qədər çox əziyyəti olmayıb. Hamımızdan çox Rauf özünü bu oyunlarda göstərib. Bu insan ermənilərlə görüşdə hər zaman qara rəngi üzərinə götürən tək oyunçu olub. Rauf milli komandanın gəlmiş və keçmiş ən dəyərli oyunçusudur. Bu oyunçu ilə eyni uğurları qazandığım üçün bunu hamıdan yaxşı bilirəm. Bu günkü statusu da onu göstərir ki, bu insanın əvəzi yoxdur. Hamımız Raufu sevirik və nə qədər Azərbaycan şahmatı varsa, deməli Rauf var!”