- Baxış sayı: 70
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Fransada şahmat üzrə komandalar arasında çempionat keçirilib. 8 komandanın iştirak etdiyi birincilik 7 turdan ibarət olub.
Allsport.az xəbər verir ki, yekunda heyətində azərbaycanlı şahmatçı Rauf Məmmədovun çıxış etdiyi “Chartres echecs” 30 xalla bütün rəqiblərini qabaqlayıb. Rauf Məmmədov 6 oyunda iştirak edib. Şahmatçımız 2 partiyada qələbə qazanıb, 4 oyunda heç-heçəyə razılaşıb. Çempion komandanın kapitanı azərbaycanlı şahmatçı Namiq Quliyev olub.
29 xalı olan “Bischwiller” ikinci, 27 xal toplayan “Asnieres le Grand Echiquer” komandası üçüncü yeri tutub.