- Baxış sayı: 40
- 05 Dekabr 2025 16:47
- Baxış sayı: 30
- Dekabr 05, 2025
- 0
Azərbaycan şahmatçıları Moskvadakı “Kosmos” mehmanxanasında keçirilən “Aeroflot open” festivalında mübarizəni davam etdirirlər.
Allsport.az saytı xəbər verir ki, “A” yarışında 6-cı turda Rauf Məmmədov (2688) 4-cü lövhədə qara fiqurlarla rusiyalı şahmatçı İqor Lısıyla (2644) xalı yarıya bölüb. Qrossmeysterimizin hesabında 4 xal var və o, 10-cu yerdə qərarlaşıb.
“B” turnirində Nərmin Xələfova (2250) yerli idmançı Ramil Faizrəhmanova (2432) qalib gəlib. Xanım şətrəncçimizin hesabında 3,5 xal var, yarış cədvəlində 39-cu yerə yüksəlib.