- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 81
- Noyabr 21, 2024
- 0
Yunanıstanın Krit adasında komandalararası Avropa çempionatı sona yetib. Allsport.az saytı xəbər verir ki, bu yarışda uğurlu çıxış edən şahmat millimiz qalib adını qazanıb. Son partiyadan sonra mehmanxanada yığmamızın aparıcı üzvlərindən olan Rauf Məmmədov gənclər və idman nazirinin mətbuat katibi Səmayə Məmmədovaya müsahibə verib:
“Düzünü desəm, emosiyalar 2009-cu ildəki kimi deyil. O zaman 1-ci dəfə çempion olurduq və bizimlə birgə Vüqar Həşimov vardı. 2013-cü ildə də bir o qədər yox, amma bu dəfə, bilirsiniz, İtaliyaya uduzandan və İspaniya komandasına heç-heçədən sonra toparlanıb sürət götürmək asan məsələ deyil. Ötən il Azərbaycanda keçirilən Ümmüdünya Şahmat Olimpiadası yaxşı çıxış etməmişdik. Bu üzdən, Avropa çempionatında özümüzü yenə sübut etməliydik.”