- Baxış sayı: 60
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 51
- Noyabr 21, 2024
- 0
Gənclər və idman nazirliyinin, Azərbaycan və Gürcüstan şahmat federasiyalarının, SOCAR-ın təşkilatçılığı ilə şahmatın blits növü üzrə onlayn “İpək yolu kuboku”na yekun vurulub. Allsport.az xəbər verir ki, turnirdə 15 turdan 11,5 xal toplayan Rauf Məmmədov qalib olub. 11 xal yığan gürcü Bahadur Cobava 2-ci yeri tutub. Üçüncü sıranı isə 10,5 xalla digər təmsilçimiz Nicat Abasov tutub.
Şəhriyar Məmmədyarov 10 xalla 5-ci, Aydın Süleymanlı 9,5 xalla 7-ci, Nicat Məmmədov eyni xalla 9-cu, Vasif Durarbəyli 9 xalla 10-cu olublar.
Beynəlxalq şahmat federasiyasının vitse-prezidenti Mahir Məmmədovun təşəbbüsü ilə keçirilən turnir Azərbaycanın və Gürcüstanın milli bayramları – müvafiq olaraq, Respublika və Müstəqillik günlərinə həsr edilib.
Yarışın ümumi mükafat fondu 20 min avro olub.