- Baxış sayı: 67
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Şahmat millimizin üzvü Rauf Məmmədov karantin günlərində şahmatsevərlərə sürpriz hazırlayıb. Allsport.az xəbər verir ki, 3-qat Avropa çempionu bu barədə məlumat yayıb:
“Əziz şahmatsevərlər! Sizi aprelin 8-i və 9-u saat 14:00-da keçiriləcək onlayn seanslara dəvət edirəm. 50 dəqiqəlik seansda 25 şahmatçı iştirak edə biləcək. Ümid edirəm ki, biz birlikdə çox gözəl və xoş vaxt keçirəcəyik. Evdə qalın, özünüzü və yaxınlarınızı qoruyun!”.
Lichess.org şahmat platformasında qeydiyyatdan keçib, sonra “muisback_club”a üzv olub, qeydiyyatdan keçmək lazımdır. Lichess.org-dakı profilinizi chess.az-ın “facebook” səhifəsinə göndərməklə ilk 25 nəfərdən biri ola bilərsiniz.