- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 85
- Noyabr 21, 2024
- 0
Şəmkirdə təşkil olunan Vüqar Həşimovun xatirə turnirinin 7-ci turunda Rauf Məmmədov hindistanlı Pentala Harikrişnayla xalı yarı bölüb. Allsport.az saytı xəbər verir ki, mayçdan sonra keçirilən mətbuat konfransında Azərbaycan şahmatçısı qələbəni əldən buraxdığını etiraf edib:
“Partiya çox gərgin alındı. Oyundan sonra gördüm ki, qələbə qazanmaq imkanı vardı. Amma lazımi gedişləri görmədim. İndi artıq təəssüflənməyə dəyməz. Qələbə qazansaydım çox sevinərdim. Şəmkirdə hələlik ən yaxşı oyunumu bu gün göstərdim. Fabiano Karuanaya qarşı da yaxşı mübarizə sərgiləmişdim. Lakin məğlub olmuşdum. Əsas amillərdən biri nəticədir. Bu gün yaxşı oynadım, amma qələbəni əldən buraxdım”.
Pentala Harikrişna isə heç-heçədən razı olduğunu bildirib: “Rauf çox yaxşı başladı. Qara fiqurlarla oynamasına baxmayaraq səhv etmədi. Sözsüz ki, bu amil oyunumu çətinləşdirdi. Qələbə qazanmaq imkanı az da olsa var idi. Lakin gedişləri düzgün görmədi. Heç-heçədən razıyam. Çünki, öz oyunumu göstərə bilmədim”.