- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 85
- Noyabr 21, 2024
- 0
Estoniya paytaxtı Tallinndə şahmatçılar arasında Avropa çempionatı (sürətli və gözübağlı) başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarışda milli komandamızın aparıcı üzvü Rauf Məmmədov uğurlu çıxış edib. O, blitsdə 26 oyundan sonra 20,5 xal toplayaraq, 2-ci yeri tutub. Təmsilçimiz ilk pilləni son turda Maksim Matlakova uduzmaqla əldən verib. Həmyerlimiz rapiddə də fərqlənib. Qrossmeyster bu proqramda 3-cü olub. Avropa çempionatında ümumilikdə 514 şahmatçı mübarizə aparıb.
Xatırladaq ki, Rauf Məmmədov ötən ilin dekabrında Belarus paytaxtı Minskdə keçirilən blits üzrə Avropa çempionatında və bu ilin fevralında Çinin Huayan şəhərində təşkil olunan IMSA Elit İntellektual Oyunlarında sürətli şahmatda qalib adını qazanıb. O, sentyabrda Bakının ev sahibliyi etdiyi 42-ci Ümumdünya Şahmat Olimpiadasında da qənaətbəxş çıxış edib. Əsas millinin heyətində yer alan şətrənc ustası, komanda üzvləri arasında ən yaxşı nəticə göstərib: 8 oyuna 6 xal. Üstəlik, 1 görüş belə uduzmayıb.