Rauf Məmmədov: “Turnirə tam istədiyim kimi hazırlaşa bilmədim”

Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2015 turnirində 8-ci turun görüşləri başa çatıb. Allsport.az xəbər verir ki, “Synergy Group”un təşkilatçılığıyla keçirilən yarışın 8-ci turunda azərbaycanlı şahmatçı Rauf Məmmədov İtaliya təmsilçisi Fabiano Karuana ilə heç-heçə oynayıb.

Məmmədov mətbuat konfransında jurnalistlərin suallarına cavab verib: “Turnirdə iştirak etmək dəvətini çox gec aldım. Onun üçün tam istədiyim kimi hazırlaşa bilmədim. Bu turnirə cəmi 1 həftə hazırlaşa bildim. Amma ümumilikdə götürəndə oyunlarımdan narazı deyiləm. Düzdür, bundan da yaxşı nəticə göstərə bilərdim”.

İtaliya qrossmeysteri Fabiano Karuana isə Vüqar Həşimov Memorialının keçirilməsinin çox gözəl təşəbbüs olduğunu qeyd edib: “Çalışdım maksimum dərəcədə hazırlıq nümayiş edim. Turnirə hazırlaşmağa da kifayət qədər vaxtım var idi. Ümumiyyətlə, bütün turnirlərə məsuliyyətlə yanaşıram və öz üzərimdə daha çox hazırlaşıram”.

Həmin kateqoriyadan