- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 85
- Noyabr 21, 2024
- 0
Bu gün Moskvanın “Kosmos” mehmanxanasında “Aeroflot open 2017” beynəlxalq şahmat festivalı start götürüb. Allsport.az saytı xəbər verir ki, iştirakçıların reytinqinə uyğun təşkil edilən bu turnirlərin hər biri (“A”, “B” və “C”) 9 turdan ibarətdir və İsveçrə sistemi üzrə keçirilir.
Bunların arasında 2550-dən yuxarı reytinq xalı tələb olunan və adətən ən güclü şahmatçıların iştirak etdiyi “A” qrupu daha çox maraq doğurur. Yarışın mükafat fondu 140 min avrodur.
Festival çərçivəsində keçiriləcək 3 turnirə 313 şahmatçı, o cümlədən 100 qrossmeyster qatılıb. Əsas “A” turnirində Azərbaycanı Rauf Məmmədov təmsil edir.
“B” turnirində 109 şahmatçı, o cümlədən 19-nun qrossmeyster iştirak edir. Bu qrupda bizdən Nərmin Xələfova mübarizə aparır. Festival çərçivəsində 3 açıq turnirlə yanaşı, blits-turnir də keçiriləcək.