- Baxış sayı: 59
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 47
- Noyabr 21, 2024
- 0
İslandiya paytaxtı Reykyavikdə kişilərin Avropa çempionatının 7-ci turunda Rauf Məmmədov (2654) 1-ci lövhədə qara fiqurlarla polşalı Kasper Piorunla (2608) xalı yarıya bölüb.
Allsport.az saytı xəbər verir ki, Nicat Məmmədov (2595) ötən tur adı çəkilən komanda yoldaşının qalib gəldiyi fansalı Maksim Laqardı (2631) üstələyib.
Nicat Abbasov (2656) serbiyalı Velemir İliçlə (2571), Aydın Süleymanlı (2536) litvilı Karolis Juksta (2438) heç-heçə ediblər.
Riad Səmədov (2360) isveçrəli Nikolas Kuenqə (2005) qalib gəlib.
3-qat qitə çempionumuz hesabında 6 xal və 1-2 yerlərdə qərarlaşıb. Ondan yarım xal geri qalan Nicat Məmmədov 3-9-cu pillələri bölüşdürür.