- Baxış sayı: 35
- 05 Dekabr 2025 16:47
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

Rumıniyanın Yassı şəhərində qadınların şəxsi Avropa çempionatı sona çatmaq üzrədir. Allsport.az saytı xəbər verir ki, artıq 9 tur arxada qalıb.
Yarışda iştirak edən 10 şahmatçımızdan ən çox xalı (6) olan Gülnar Məmmədova (2385) 4-cü lövhədə qaralarla həmyerlisi Rauf Məmmədovun ukraynalı həyat yoldaşı Nataliya Buksaya (2413) yenilib. O, 12-ci yerə düşüb.
5,5 xalı olan, mübarizəyə yaxşı başlayan Günay Məmmədzadə (2460) 6-cı taxtada eyni fiqurlarla estoniyalı May Narvaya (2276) məğlub olub. O, 21-ci yerdə qərarlaşıb.
Yarış İsveçrə sistemi üzrə 11 turdan ibarətdir.