- Baxış sayı: 94
- 12 Dekabr 2025 17:20
- Baxış sayı: 97
- Dekabr 15, 2025
- 0

Dünən qadın voleybolçuların yüksək liqasının 5-ci turunda “Abşeron” mərkəzi görüşdə “Azərreyl”ə hər 3 setdə qalib gəlib – 3:0 (25:21, 26:24, 25:17). Allsport.az saytına açıqlamasında, flaqmanın 21 yaşlı toppaylayıcısı Raziyə Əliyeva yenilgiyə belə münasibət bildirib:
“İlk hissədə məğlubiyyət üzücü oldu. Bundan sonra komanda ruh düşkünlüyü yarandı. Bu da digər setlerdə çoxlu səhvlərə yol açdı. Ölkə çempionatı yeni başlayıb, mübarizə qabaqdadır. Yola davam edirik”.