- Baxış sayı: 104
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

“Real Madrid”in futbolçusu Rodriqo Dortmund “Borussiya”sı ilə oyunun 85-ci dəqiqəsində zədələndiyi üçün əvəzlənib (5:2).
Allsport.az xəbər verir ki, braziliyalı hücumçu əzələsini dartıb. Rodriqo bu gün tibbi müayinədən keçəndən sonra durumuna aydınlıq gələcək.
Beləliklə, Rodriqo “Barselona” ilə şənbə günü keçiriləcək “el klasiko”nu buraxa bilər.
Futbolçunun zədəsini “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti də təsdiqləyib.