- Baxış sayı: 43
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0
Mərakeşin ev sahibliyi etdiyi Klublararası Dünya Çempionatının finalında hansı klubların üz-üzə gələcəyi məlum olub. Allsport.az xəbər verir ki, ötən gecə ikinci yarımfinal matçında Argentina “San Lorenzo”su ilə Yeni Zelandiya “Oklend Siti”si qarşılaşıb.
Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Argentinalılar əlavə vaxtda ikinci qolu vuraraq, finala yüksəliblər.
Çempionatın həlledici görüşündə Madrid “Real”ı və “San Lorenzo” klubları üz-üzə gələcəklər. Qarşılaşma dekabrın 20-də keçiriləcək.