- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik Azərbaycan təmsilçisi də daxil olmaqla bir sıra klublardan aldığı təklifdən imtinasının səbəbini açıqlayıb. Allsport.az xəbər verir ki, o, Rumıniya mətbuatına açıqlamasında bunları söyləyib:
“Mən maliyyə baxımından sərfəli təkliflər irəli sürən bir sıra klublardan təklif almışdım. Amma onlardan imtina etdim. Səudiyyə Ərəbistanından, Qətərdən, Azərbaycandan, xüsusən də “Xəzər Lənkəran”dan, həmçinin Belçikadan dəvət almışdım.
Amma hazırda sağlığımla bağlı müəyyən problemlərim var. Bu barədə çox danışmaq istəmirəm. Həkimlər tezliklə əməliyyat olunmağımı istəyirlər. Vəziyyət ciddi olmasa da, imtina etmək də olmaz”.