“Dünya çempionatında 4 çəkidə cüdoçularımızın medal qazanmaq imkanı çoxdur”

Azərbaycan cüdo federasiyasının təşkilatçılığı ilə avqustun 25-dən Göygöl olimpiya idman kompleksində beynəlxalq təlim-məşq keçirilir. Allsport.az saytı xəbər verir ki, millimizin almaniyalı baş məşqçisi Riçard Trautman toplanışı bu cür dəyərlərdirdi:

“İyulun ortalarından dünya çempionatının hazırlığına başlamışıq. Komanda Polşada 3-həftəlik taktiki-texniki və fiziki məşqlər keçdi. İstəyirdik ki, eyni toplanışı Azərbaycanda edək. Amma havaların istiləşməsi planlarımızda dəyişikliyə səbəb oldu.

Bərpa üçün yığmaya bir həftə istirahət verildi. Sonra hazırlığa Göygöldə başladır və hazırda davam etməkdədir. Burada təlim-məşq bitdirkdən sonra yenə qısa istirahət olacaq. Ardında komanda gücünü İtaliyada beynəlxalq yarışda yoxlayacaq.

Şox güclü heyətimiz var. Hər çəkidə ciddi rəqabət var. Amma cüdo qaçış yarışı deyil ki, aşağı-yuxarı öncədən ümumi nəticəni söyləmək olsun. Gözlənti yüksəkdir. 73, 81, 90 və 100 kq-larda çıxış edən cüdoçularmızın medel qazanmaq imkanı çoxdur.

60 kq-da Kəramət Hüseynovla 66 kq-da Orxan Səfərov uzun müddətli zədələrini sağaldıblar. Onlar da iddialıdırlar, yaxşı görünürlər, bir zamanlar dünya çempionatlarında fəxri kürsüyə çıxıblar”.

Kamran HACI, Göygöl

Həmin kateqoriyadan