Riyaziyyat dərsində milli komandaya dəvət

“Bavariya”nın 18 yaşlı yarımmüdafiəçisi Lennart Karl Almaniya milli komandasına ilk dəfə dəvət alması barədə maraqlı detalları bölüşüb.

Allsport.az xəbər verir ki, gənc futbolçu baş məşqçi Yulian Naqelsmanın zəngini məktəbdə dərs zamanı aldığını bildirib.

“Mən riyaziyyat dərsində idim. Yulian Naqelsman mənə zəng etdi. Əvvəlcə cavab vermədim, lakin beş dəqiqə sonra geri yığdım və dəvət aldığımı eşidəndə çox sevindim”, – deyə Karl qeyd edib.

Yarımmüdafiəçi üzərində heç bir təzyiq hiss etmədiyini və əsas hədəfinin dünya çempionatının heyətinə düşmək olduğunu vurğulayıb: “Sadəcə futbolumu oynayacam və ümid edirəm ki, hər şey yaxşı olacaq”.

Həmin kateqoriyadan