- Baxış sayı: 7
- 22 Noyabr 2024 11:30
- Baxış sayı: 58
- Noyabr 21, 2024
- 0
Gəncənin eyniadlı komandası dünən “Sərhədçi” olimpiya-idman mərkəzində 15-ci turdan təxirə salınmış oyunda autsayder “Olimpik”i 89:76 qalib məyus edib. Bununla da “sarı-göylər” Azərbaycan basketbol liqasında ardıcıl 2-ci qələbəsizi qazanaraq, yenidən qızıl medal uğrunda mübarizəyə qoşulub. Klubun 2-ci məşqçisi Rizvan Səfərov (şəkildə sağda) allsport.az saytına bunu söyləyib:
“2-ci dövrədə itkilərimiz oldu. Belədə, toparlanıb müəyyən dəyişikliyə əl atdıq. İlk dəfə ev oyununu Gəncədə keçirməyimiz bizə əlavə ruh verdi və güclü “Xırdalan”a qalib gəldik, tilsimi qırdıq. Şəki komandası ilə görüşdə də həmin yüksək ovqatda meydançaya çıxdıq.
Rəqibin autsayder olmasına rəğmən, bizi büdrədərək sonuncu yerdən qurtulmaq istəyini bilirdik. Bu üzdən sayıqlığı əldən vermədik. İlk 2 hissədə “Olimpik” üstün idisə, sonrakı bölmələri taktiki dəyişiklə xeyrimizə bitirdik”.