- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Bu gün Avropa liqasının 2-ci ələməsinin cavab oyununda “Yagelloniya” (Polşa) – “Qəbələ” matçından öncə “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi ukraynalı mütəxəssisin fikri ilə tanış edir:
“Meydanın durumunu məşq zamanı görəcəyəm. Amma stadion əla vəziyyətdədir. Hər şey yüksək səviyyədədir. Dərhal görünür ki, arena peşəkarlar tərəfindən inşa olunub. Şanslar haqda danışanda həmişə deyirəm ki, bizim bir imkanımız varsa, bunun üçün mübarizə aparacağıq. Görüşdə şansımızın birdən çox olduğunu düşünürəm. Polşaya səfər haqda danışmaq əhəmiyyət kəsb etmir. Oyundan əvvəl bir-iki gün öncə haqda danışmaq başqa cür başa düşülər.
Hər şey qaydasındadır. Bəli, biz yol qət etmişik. Biz sabah oynamağa hazırıq. Ümid edirəm ki, ilk oyundan sonra keçirdiyimiz 5 məşqin köməyi ilə komandamız daha yaxşı olub. Bunun nə qədər yaxşı olmasını isə sabahkı oyun göstərəcək. Bunu özüm də bilmədiyimdən daha artıq nə isə deməkdə çətinlik çəkirəm. Amma onu deyim ki, istənilən halda meydana çıxacaq heyətdəki oyunçular ilk dəfə eyni vaxtda meydanda olacaq. Bir neçə variantımız var. Lakin onların heç birini indiyədək sınaqdan çıxarmamışıq. Ona görə də özümüz üçün də maraqlı olacaq.
İlk oyunun nəticəsi elədir ki, bizi qol vurmağa məcbur edir. Lakin hesab başqa cür, məsələn 0:0 olsaydı da, biz hücuma, qol vurmağa köklənəcək və oyunumuzu buna uyğun quracaqdıq. Bizim istəyimiz ondan ibarətdir ki, hücum edək, qollar vuraq. Futbolu belə görürük. Nəticədən asılı olmayaraq, aqressiv, hücum futbolu oynamaq istəyirik. Bunun oyunda evdəkindən daha yaxşı alınacağına ümid edirəm”.