Ronaldu gedir, ya qalır?

Kriştianu Ronaldu “Əl-Nəsr”dəki vəziyyətdən narazıdır və iyunda Səudiyyə Ərəbistanı klubundan ayrıla bilər.

Allsport.az xəbər verir ki, portuqaliyalı futbolçunjn sərbəst qalma məbləği 50 milyon avrodur. 

Ötən gün əvvəl Ronaldu Səudiyyə Ərəbistanı pro liqasının 20-ci turunda “Əl-Riyad”a (1-0) qarşı oyun üçün heyətə daxil edilməyib.

Bildirilib ki, 40 yaşlı oyunçu klubun transfer siyasətindən narazıdır.

Əgər Ronaldu “Əl-Nəsr”dən ayrılarsa, Avropaya qayıtmağı və ya MLS-ə keçməyi düşünəcək.

Həmin kateqoriyadan