Ronaldu məşqlərə döndü

“Əl-Nəsr”in ulduzu Kriştianu Ronaldu komanda ilə məşqlərə qayıdıb.

Allsport.az xəbər verir ki, portuqaliyalı hücumçu sosial şəbəkədə məşq fotosunu paylaşaraq “geri döndüm” mesajını verib. Bir müddət əvvəl ulduz futbolçunun klubun transfer siyasətindən narazı qaldığı üçün boykot etdiyi iddia olunurdu. Lakin Ronaldunun məşqlərdə iştirakı onun fevralın 6-da “Əl-İttihad”a qarşı keçiriləcək vacib oyunda meydana çıxacağını təsdiqləyir.

41 yaşlı futbolçu cari mövsümdə keçirdiyi 22 matçda 18 qol vurub.

Həmin kateqoriyadan