- Baxış sayı: 24
- 04 Fevral 2026 11:20
- Baxış sayı: 151
- Fevral 02, 2026
- 0

Kriştianu Ronaldunun yenidən “Mançester Yunayted”ə qayıtması ilə bağlı danışıqlar aparıldığı bildirilir. Allsport.az xəbər verir ki, sabah 41 yaşı tamam olacaq ulduz futbolçu “Əl-Nəsr”dəki transfer siyasətindən narazı olduğu üçün klubdan ayrılmaq niyyətindədir.
Portuqaliyalı hücumçunun müqaviləsindəki sərbəstqalma məbləği 50 milyon avrodur. Ronaldunun İngiltərə klubuna qayıtmaq üçün maaşının əhəmiyyətli dərəcədə azaldılmasına razı olduğu qeyd edilir. Cari mövsümdə o, “Əl-Nəsr”in heyətində 22 oyunda 18 qol vurub.