Ronaldudan etiraz

“Əl-Nəsr”in kapitanı Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatının XX turu çərçivəsində keçiriləcək “Əl-Riyad”la matçda iştirakdan imtina edib.
Allsport.az xəbər verir ki, portuqaliyalı ulduzun bu qərarı kluba qarşı etiraz xarakteri daşıyır.

40 yaşlı hücumçu Səudiyyə Ərəbistanı dövlət investisiya fondunun (PİF) kluba münasibətindən narazıdır. Ronaldu hesab edir ki, fond “Əl-Hilal” kimi rəqiblərlə müqayisədə “Əl-Nəsr”ə kifayət qədər investisiya ayırmır və transfer bazarında fəallıq göstərmir.

Həmin kateqoriyadan