- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Cüdo üzrə dünya çempionatının keçirildiyi Budapeştdə səfərdə olan ACF prezidenti Rövnəq Abdullayev və BCF rəhbəri Marius Vizer bir araya gəliblər. Allsport.az saytı xəbər verir ki, Azərbaycan tərəfi rumıniyalı idman adamını növbəti 4 il müddətinə prezident seçilməsi münasibətilə təbrik edib. Ölkəmizdə cüdonun inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışan Rövnəq Abdullayev, olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında qazanılan uğurlardan söhbət açıb.
Marius Vizer, Bakıda ənənəvi “Böyük dəbilqə” yarışlarının hər zaman yüksək səviyyədə keçirildiyini, bu mötəbər turnirdə beynəlxalq və yerli federasiyaların birgə işçi qrupunun səmərəli fəaliyyətini xüsusi vurğulayıb. Sonra o, İJF-nin xüsusi hədiyyəsini Rövnəq Abdullayevə təqdim edib. Görüşün sonunda xatirə şəkili çəkdirilib.