- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
İsveçrənin Lozanna şəhərində olimpiya muzeyinin qarşısında ilk dəfə cüdo abidəsinin açılışı olub. Allsport.az saytı xəbər verir ki, tədbirdə BOK-un prezidenti Tomas Bax, İJF-in rəhbəri Marius Vizer, EJU-nun başçısı Sergey Soloveyçik, ACF-in prezidenti Rövnəq Abdullayev və tanınmış idman xadimləri iştirak ediblər.
Mərasimində Tomas Baxla Marius Vizer çıxış edərək bu idman növünün tarixi və populyarlığından bəhs ediblər. Daha sonra onlar abidənin üzərindən örtüyü götürüblər. Rövnəq Abdullayev mərasim zamanı hər 2 tərəflə görüşüb. Toplantıda Azərbaycanda idmanın, o cümlədən cüdonun inkişafından, qarşılıqlı maraq doğuran məsələlərdən danışılıb.