- Baxış sayı: 68
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 138
- Noyabr 25, 2024
- 0
Respublika Şahmat Mərkəzində bu idman məkanının ilk direktoru Fuad Cəfərovun xatirəsinə turnir başa çatıb. Allsport.az saytı xəbər verir ki, 71 zəka sahibinin iştirak etdiyi açıq turnirin son görüşlərində qaliblər bəlli olub. Xaçmaz şahmatçısı Samir Davidova qalib gələn Zaur Bayramov 7 görüşdən 6 xal qazanıb və turnirin baş mükafatına layiq görülüb. Şahmatçıların beşi 5,5 xal yığıb. Buxqolç əmsalına görə, Quba şahmatçıları Elvin Bayramov və Şəhriyar İsgəndərov mükafat qazanıblar. Pul mükafatı, həmçinin Bakı və Sumqayıt təmsilçiləri olan Andrey Mustafin və Fərid Aslanova da verilib.
Turnirdə xüsusi mükafat da təşkil edilib. Qadın şahmatçılar arasında Xatın Bağırova və 16 yaşlı yeniyetmələr arasında Vüqar Manafov yaxşı nəticə əldə ediblər. Veteranlar arasında isə xatirə mükafatına Həsən-Paşa Həsənov layiq görülüb. Hər üç şahmatçı paytaxtı təmsil edir.
Bununla belə, festivalın blits turnirinə aralarında 5 qrossmeyster olan 62 şahmatçı qatılıb. Ən müsbət nəticəni isə iki nəfər bölüşüb. Bunlar doqquz görüşdə 7,5 xal qazanmış qrossmeyster Ülvi Bacarani (Bakı) və Quba şahmatçısı olan idman ustalığına namizəd Elvin Bayramovdur. Ülvi Bacarani birinci, Elvin Bayramov isə yarışın ikincisi olub. Gürcüstanlı rəqibi Mixail Kekelidzedən üstün olan qrossmeyster Nicat Abbasov isə turniri üçüncü yerdə başa vurub.
Ötən həftə rapid turnirinin birincisi olmuş Nail Bəşirli də bu yarışda gənclər arasında ilk pillədə qərarlaşıb. Beynəlxalq usta Nərmin Xələfova isə qadınlar arasında güclü olub.