Rusiya millisi Bakıya 2 olimpiya çempionu ilə gəlir

Rusiyanın millisi Bakıda keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Etsio Qamba fərdi yarışlarda 9 kişi və eyni sayda qadın cüdoçuya güvənəcək. Qarışıq komanda yarışları üçün isə heyətə 11 nəfər cəlb olunub.
Paytaxta gələcək titullular arasında 2016-cı il Rio-2016 yay olimpiya oyunlarının qalibləri – Beslan Mudranovla (60 kq) Həsən Xalmurzayev (61 kq) və bürünc medalçı Natalya Kuzyutina (52 kq) da var. Dünya çempionatı 20 – 27 sentyabrda Milli Gimnastika Arenasında keçiriləcək.

Həmin kateqoriyadan