Rusiya paytaxtında FIDE mükafat yarışının 2-ci mərhələsi başlayır

Bu gün Moskvanın mərkəzi teleqrafın binasında FIDE qran-pri yarışının 2-ci mərhələsi başlayacaq. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycanı qrossmeysterlər Şəhriyar Məmmədyarov (2772) və Teymur Rəcəbov (2710) təmsil edirlər.

İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan turnirdə Aleksandr Qrişşuk (2750), Yan Nepomnyaşşiy (2751), Ernesto İnarkiyev (2727), Pyotr Svidler (2755), Yevgeni Tomaşevski (2696, hamısı – Rusiya), Xou İfan (2652, Çin), Maksim Vaşye-Laqrav (2795, Fransa), Hikaru Nakamura (2786, ABŞ), Aniş Giri (2785, Niderland), Pentala Harikrişna (2750, Hindistan), Maykl Adams (2747, İngiltərə), Boris Gelfand (2724, İsrail), Fransisko Valyexo (2710, İspaniya), Yon-Lüdviq Hammer (2621, Norveç) və Saleh Salem də (2633, BƏƏ) mübarizə aparacaqlar.

Xatırladaq ki, Şəmkirdə keçirilən ilk mərhələnin qalibi həmyerlimiz Şəhriyar Məmmədyarov olub.

 

Həmin kateqoriyadan