- Baxış sayı: 40
- 26 Mart 2026 19:37
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

4-7 dekabrda İstanbulda samboçular arasında Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu idman növünün qabaqcıl komandası olan Rusiya Türkiyə səfərindən imtina edib. Belədə, bizimkilərə qızıl medalları qazanmaq üçün yaxşı fürsət düşüb.
Şimal qonşumuzun qitə çempionatına qatılmamasına səbəb, 2 ölkə arasında son günlər yaranmış gərginlikdir. Rusiya Sambo Federasiyası prezidenti Maksim Borisov baş verənlərdən sonra, Türkiyəyə getməyi məqsədəuyğun bilmədiklərini deyib.