Rusiya və Ukrayna komandaları ilə sülh

Bu gün Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatının 5-ci turunun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, kişilərdən ibarət komandamız Rusiya ilə 2:2 edib.

Şəhriyar Məmmədyarov Aleksandr Qrişuk, Teymur Rəcəbov Daniil Dubov, Qədir Hüseynov Andrey Esipenko, Rauf Məmmədov Kiril Alekseyenko ilə sülh bağlayıblar. Millimiz 3 qələbə və 2 heç-heçə ilə öncüllüyünü davam etdirir.

Qadınlarımız isə Ukrayna yığması ilə xalı yarı bölüblər. Günay Məmmədzadə Anna Uşenina, Xanım Balacayeva isə Rauf Məmmədovun həyat yoldaşı Nataliya Buksa üzərində qələbə qazanıblar.

Gövhər Beydullayeva Nataliya Jukova, Gülnar Məmmədova Yuliya Osmaka uduzublar. Yığmamız 3 qələbə, 1 heç-heçə və 1 yenilgi ilə üst sıralarda yer alıb.

Həmin kateqoriyadan