- Baxış sayı: 65
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Ötən il fantastik nəticələr qazanan, keçən dekabrın son günlərində şahmatın rapid növündə dünya çempionu olan rusiyalı Aleksandra Kostenyuk, sosial şəbəkələrdə verdiyi açıqlamalarla diqqət mərkəzinə düşüb. Allsport.az saytı xəbər verir ki, o, kifayyət qədər ciddi uğurlara baxmayaraq, dövlət qayğısını hiss etmədiyini bildirib:
“Olar biraz şikayətlənim? Bir mövzu məni çox narahat edir. 17 yaşlı özbəkistanlı şahmatçısı Nadirbəy Abusəttarova ölkə başçısı dövlət mükafatını və 2-otaqlı mənzilin açarlarını təqdim etdi. 2021-ci ildə Soçidə keçirilmiş dünya kubokunda qələbə qazanan polyak Yan-Kşıştof Duda da, dövlət mükafatına layıq görülüb və o mükafatı ona şəxsən Polşa prezidenti təqdim etdi.
Mən isə, 2021-ci ildə dünya kubokunun, rapid üzrə dünya çempionatının, yığma komandanın tərkibində isə dünya çempionatının və onlayn şahmat olimpiadasının qalibi olmuşam. Amma… Mən artıq Soçidə hiss etdim ki, qələbəmə deyəsən elə ancaq şahmat ictimaiyyəti xəbər tutdu və sevindi. Cəmi 1-2 müsahibə aldılar, nə maraqlanan nə də ki, təbrik edən. Varşavada qazandığım zəfərdən sonra isə, ümumiyyətlə heç müsahibə alan da olmadı.
Payızda Rusiya şahmat federasiyası mənim adımı idman nazirliynə qadınlar arasında Rusiyada “İkin idmançısı” adına təqdim etmişdir, amma orada mən heç final səsverməyə qədər irəliləyə bilmədim.
2008-ci ildə mən dünya çempionu olanda o vaxtkı Rusiya prezidenti Dmitriy Medvedev və baş nazir Vladimir Putindən təbrik teleqramlarını almışdım.
Bundan əlavə dövlət mükafatına da layıq görülmüşdüm (medal). Bu dəfə isə – heçnə. Nəisə, işə davam. Soruşma ki, ölkən sənin üçün nə edib, soruş sən ölkən üçün nə etmisən. Adamın sadəcə heyfi gəlir. Şahmat ənənəsi olan ölkədə, belə böyük uğurlar əldə edəsən və bu uğurların heç kimə lazım olmasın. Yaxşı ki, yarışların mükafat fondunu artırıblar, heç olmasa özümüz özümüzü dolandırmağa və çoxdandır arzuladığım Moskvada şahmat məkətəbini açmağa çatacaq”.