Rusiyaya görə UEFA-ya müraciət ediblər

Estoniyanın 28 futbol klubu UEFA-ya rəsmi müraciət edərək, Rusiya komandalarına verilən həmrəylik ödənişlərinin dayandırılmasını və onların qurumdan tamamilə xaric edilməsini tələb edib.

Allsport.az xəbər verir ki, müraciət edənlər arasında ölkənin elit divizionunda yarışan “Levadiya” və “Payde” kimi klublar da var. Məlumata görə, UEFA 2022-ci ildən bəri Rusiya futbol ittifaqına təxminən 11 milyon avro vəsait köçürüb. Estoniya tərəfi bu maliyyə dəstəyinin kəsilməsini və Rusiya futbolunun beynəlxalq statusunun tam ləğvini istəyir.

Həmin kateqoriyadan