Ruslan Teymura görə iddiaçılar turniridə nəticələrin ləğv edilməsini təklif etdi

2002-ci ildə dünya çempionu olmuş ukraynalı şahmatçı Ruslan Ponomaryov chess-news.ru portalına müsahibə verib. Allsport.az xəbər verir ki, o, Teymur Rəcəbovsuz başlayan və birinci dövrədən sonra yarımçıq dayandırılan iddiaçılar turnirinən danışıb. Ukraynalı zəka sahibi Teymuru tam anlamadığını, digər tərəfdən isə hüquqlarının bərpasının vacibliyini bildirib:

“Sırf idman nöqteyi-nəzərdən Rəcəbovun oynamaması çox qəribədir. Digər tərəfdən, yadımdadır ki, Rəcəbov dünya kubokundakı qələbəsindən sonra demişdi ki, bilmirəm, iddiaçılar turnirinə gedəcəyəm, ya yox. Düşünürəm ki, o şəxsi həyatında özünü çox komfortlu hiss edir və ona görə də şahmatçı kimi qazanc əldə etmək onun üçün elə də vacib deyil.

İstənilən halda, mən anlayıram ki, fors-major vəziyyət alınmışdır və s. Amma bir şeyi anlaya bilmirəm. Bimirəm bu barədə kimsə danışıb ya yox. O vaxt Kampomanes məşhur Karpov-Kasparov matçının yarımçıq dayandırılması ilə bağlı qərar qəbul etmişdir.

Sonradan matç yenidən davam etdi və ən maraqlısı odur ki, əvvəlki oyunlarda qeydə alınan nəticələr ləğv edilmişdir. Yəni, matç 0:0-dan davam etdi. İndi də deyirlər ki, bəs turnirin yarısı artıq arxada qaldı. Olmaz ki, o matçla bağlı qəbul olunan analojı qərar qəbul olunsun və nəticələr sıfırlansın? İndiki vəziyyət heç bir məntiqə sığmır”.

Həmin kateqoriyadan