- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Taclı bəla” üzündən evlərə çəkilən idmançılarımız boş dayanmırlar. Allsport.az saytının məlumatına görə, öz məkanlarında məşq edən bahadırlarımız, yeri düşdükdə, qazandıqları mükafatları nümayiş etdirirlər. Bunlardan biri cüdoçu Rüstəm Orucovdur (73 kq).
Onun medalları, Maşallah, elə çoxdur ki, başqaları kimi güncə deyil, elə həmən bir otağa sığıb. “Attila”nın yetirməsı olan “Neftçi” klubunun üzvünün divar guşəsində Rio-2016 olimpiadasının, dünya çempionatlarının (2017/19), Minsk-2019 Avropa və Bakı-2017 İslam oyunlarının gümüş medalları asılıb. Adı son çəkilən yarışda komanda hesabında “qızıl” da var.
O, 2016-cı il Avropa çempionatında 1-ci, komanda mücadiləsində 3-cü olub. Eyni rəqabətdə 2-ci (2019) və 3-cü (2017) yerlərə də sahibdir.
Bundan başqa, dəfələrlə “Ustalar”, “Böyük dəbilqə” və qran-prilərdə fərqlənib. Şəkildən aydın olur ki, cəmdə 90-na yaxın mükafatı var. Rüstəm ölkə başçısı tərəfindən 2016-cı ildə “Vətənə xidmətə görə” ordeni ilə də təltif edilib.