- Baxış sayı: 35
- 20 Dekabr 2024 22:55
- Baxış sayı: 152
- Dekabr 18, 2024
- 0
Allsport.az xəbər verir ki, Göygöl olimpiya idman kompleksində cüdo üzrə 13 yaşa qədər kiçik yaşlı yeniyetmələr arasında “Yaponiya-Azərbaycan dostluğu” Səfir kuboku keçirilib.
Yarışın açılışında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan və Yaponiya dövlət himnləri səsləndirilib.
Mərasimdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi, Göygöl rayon icra hakimiyyətinin başçısı Elvin Paşayev və ACF-in idman direktoru Kamran Talıbov çıxış edərək yarışda iştirak edən idmançılara uğurlar arzulayıblar.
Yarışda ümumilikdə 47 klub, cəmiyyət və idman təşkilatından olan 300-ə yaxın qızlar və oğlanlar arasında 16 çəki dərəcəsində qaliblər bəlli olub.
Turnirin keçirilməyində əsas məqsəd Yaponiya-Azərbaycan dostluq əlaqələrinin gücləndirilməsinə dəstək göstərmək, eyni zamanda kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, cüdoçuların yarış təcrübəsinin artırmaq, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.
Medalçıları təqdim edirik:
Qızlar
25 kq
28 kq
32 kq
36 kq
40 kq
44 kq
Oğlanlar
27 kq
30 kq
34 kq
38 kq
42 kq
46 kq
50 kq
50 kq-dan yuxarı