- Baxış sayı: 72
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

ABŞ-ın Sent-Luis şəhərində Şəhriyar Məmmədyarovun da qatıldığı “Grand Chess Tour” seriyasının 4-cü mərhələsi – “Saint Louis Rapid and Blitz 2021” turniri davam edir.
Allsport.az saytı xəbər verir ki, şahmatçılar turnirin blits yarışının 9 turunda iştirak ediblər. Azərbaycan qrossmeysteri 3 qələbə qazanıb, 4 heç-heçə edib, 2 dəfə yenilib.
Rapiddə həmyerlimiz 8 xalla 7-cidir. Ümumi nəticəyə görə o, 13 xalla 5-ci pillədə qərarlaşıb.
Mərhələnin mükafat fondu 150 min ABŞ dollarıdır.