- Baxış sayı: 52
- 15 Yanvar 2025 10:41
- Baxış sayı: 167
- Yanvar 19, 2025
- 0
Bu gün Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirin 8-ci turunun partiyaları oynanılıb. Allsport.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu turda Hindistan şahmatçısı Vişvanatan Anand ilə görüşüb və məğlubiyyətlə üzləşib.
Azərbaycanın ikinci nümayəndəsi Rauf Məmmədov isə italiyalı Fabiano Karuana ilə mübarizə aparıb. Təmsilçimiz bu görüşdə də xal bölgüsünə razılaşıb.
Daha bir heç-heçə Uesli So (ABŞ) – Maqnus Karlsen (Norveç) görüşündə qeydə alınıb.
Qalan iki görüşdə isə Vladimir Kramnik (Rusiya) Maksim Vaşye-Laqrava (Fransa), Maykl Adams (İngiltərə) Aniş Giriyə (Hollandiya) qalib gəlib.
Turnir cədvəli: Maqnus Karlsen – 6 xal, Vişvanatan Anand – 5,5, Fabiano Karuana, Uesli So – 4,5, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vladimir Kramnik – 3,5, Maksim Vaşye-Laqrav, Aniş Giri, Maykl Adams – 3.