- Baxış sayı: 65
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun xatirəsinə 7-ci superturnirdə rapiddə daha 2 geridə qalıb. Allsport.az saytı xəbər verir ki, 3-cü üçüncü yarış günündə Şəhriyar Məmmədyarov və Rauf Məmmədov üz-üzə gəliblər. İlk oyun heç-heçə yekunlaşıb. Digər şahmatçımız Vüqar Əsədli isə Macarıstan təmsilçisi Riçard Rapportla xalı yarı bölüb. Çex David Navara ABŞ idmançısı Fabiano Karuanaya uduzub. Rusiyalı Sergey Karyakin və sabiq dünya çempionu hindistanlı Vişvanatan Anandın da görüşü heç-heçə başa çatıb.
Turun cavab oyunlarında R.Məmmədov Ş.Məmmədyarov ilə xalı yarı bölüb. V.Əsədli R.Rapporta, F.Karuana D.Navaraya, V.Anand isə S.Karyakinə uduzublar.
İki oyunun nəticəsinə görə, “armagedon”da Ş.Məmmədyarov R.Məmmədov ilə, F.Karuana isə D.Navara ilə üz-üzə gəliblər. Oyunlarda Ş.Məmmədyarov və F.Karuana qələbə qazanıblar.
Beşinci turun birinci oyununda Ş.Məmmədyarov V.Anandla heç-heçə edib. V.Əsədli D.Navaraya, R.Məmmədov isə R.Rapporta məğlub olublar. S.Karyakin və F.Karuananın partiyasında xal yarı bölünüb.
Turun ikinci oyununda Ş.Məmmədyarov V.Anand ilə, S.Karyakin isə F.Karuana ilə heç-heçə ediblər. D.Navara V.Əsədliyə, R.Rapport isə R.Məmmədova qalib gəliblər.
“Armagedon”da V.Anand Ş.Məmmədyarova qalib gəlib. F.Karuana isə S.Karyakinlə heç-heçə edib. S.Karyakin 2 xal qazanıb. “Armagedon”un qaydalarına əsasən, heç-heçə qeydə alınarsa, qara fiqurlarla oynayan şahmatçı qalib elan olunur.
Turnirin reqlamentinə əsasən, rapid yarışlarında bir tur iki oyundan ibarətdir.
Beş turdan sonra R.Rapport 13 xalla turnir cədvəlində birinci, F.Karuana 11 xalla ikinci pillədə yer alıblar. S.Karyakin 10 xalla üçüncü, Ş.Məmmədyarov, D.Navara 8 xalla 4-5-ci yerləri bölüşürlər. R.Məmmədov 6 xalla altıncı, V.Anand 3 xalla yeddinci, V.Əsədli isə 1 xalla sonuncudur.
Qeyd edək ki, sayca yeddinci dəfə təşkil olunan Vüqar Həşimov memorialında şahmatçılar rapid və blits turnirlərində yarışırlar.
Dekabrın 21-dək davam edəcək rapid yarışları 7 turdan ibarət olacaq. Dekabrın 22-23-də isə blits yarışları keçiriləcək. Rapid yarışı 15 dəqiqə + 10 saniyə, blits isə 5 dəqiqə + 3 saniyə nəzarət vaxtı ilə təşkil olunacaq.
Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilir. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edir.
Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.