- Baxış sayı: 60
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 49
- Noyabr 21, 2024
- 0
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə Çempionlar Turunun “New In Chess” adlı 5-ci mərhələsində həlledici raundun ilk görüşləri baş tutub. Allsport.az xəbər verir ki, yarımfinalda ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzan Şəhriyar Məmmədyarov 3-cü yer uğrunda görüşdə Levon Aronyanla (Ermənistan) qarşılaşıb.
Şahmatçımız ilk oyun günündə rəqibi ilə heç-heçə razılaşıb – 2:2. Qalib bu gün keçiriləcək ikinci final gününün yekununda müəyyənləşəcək. Qarşılaşmaların ardından qalib bilinməsə, tay-brek oynanılacaq.
Çempionluq oyununda isə Karlsenlə Nakamura üz-üzə gəlib. 4 görüşün yekununda dünya çempionu qalib gəlib – 3:1.