- Baxış sayı: 69
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

FIDE iyunun əvvəli üçün dünyanın ən güclülərinin əmsalını dərc edib. Allsport.az saytı xəbər verir ki, kişi şahmatçıların ilk beşlikdə Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov da var. O, reytinq göstəricisini 28 bənd artıraraq, 2800-ə çatdırıb. Hazırda o, 1-ci yerdə qərarlaşan norveçli Maqnus Karlsendən 31 bal geri qalır.
İlk onluqda xallara uyğun olaraq, Uesli So (2812, ABŞ), Vladimir Kramnik (2808, Rusiya), Fabio Karuana (2805, ABŞ), Maksim Vaşye-Laqrav (2795, Fransa), Levon Aronyan (2793, Ermənistan), Vişvanatan Anand (2786, Hindistan), Hikaru Nakamura (2785, ABŞ) və Din Lijen (2783, Çin) tuturlar.