- Baxış sayı: 46
- 05 Dekabr 2025 16:47
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov 8-ci dünya çempionu Mixail Talın xatirəsinə keçiriləcək yarışa dəvət alıb. Allsport.az saytı xəbər verir ki, turnir sentyabrın 26-dan oktyabrın 6-dək Moskvada, Rusiya İmpressionizm Muzeyində keçiriləcək. İştirakçılar 9 partiya oynayacaqlar.
Həmyerlimizlə yanaşı, ən yaxşı şahmatçı adı uğrunda sabiq dünya çempionu Vladimir Kramnik, hindistanlı sabiq dünya çempionu Vişvanatan Anand, Niderlandın 2-qat çempion Aniş Giri, 2009-cu il dünya kubokunun qalibi israilli Boris Gelfand, rusiyalı Pyotr Svidler, Yevgeni Tomaşevski və Yan Nepomnyaşi mübarizə aparacaqlar.
Beynəlxalq turnirin ümumi mükafat fondu 200 min dollardır. Qeyd edək ki, Mixail Tal SSRİ-nin heyətində 8 dəfə Ümümdünya Şahmat Olimpiadasının qalibi olub. O, həm də jurnalist işləyib, “Şahmatlar” dərgisinin baş redaktoru olub.