- Baxış sayı: 45
- 08 Yanvar 2025 15:42
- Baxış sayı: 452
- Yanvar 10, 2025
- 0
Bu gün Buxarestdə “Grand Chess Tour 2019” seriya turnirinin blits yarışına start veriləcək. Allsport.az xəbər verir ki, Şəhriyar Məmmədyarov da yarışda mübarizə aparacaq.
Şəhriyar rapid yarışını 10 xalla tamamlayıb və 2-4-cü yerləri bölüşür. Ukraynalı şahmatçı Anton Korobov 12 xalla birinci pillədə qərarlaşıb.
Blits turniri 18 turdan ibarət olacaq. Şahmatçılar noyabrın 10-da daha 9 turda qüvvələrini sınayacaqlar. Turnirin mükafat fondu 150 min ABŞ dollardır.
“Grand Chess Tour 2019” turnirinin əvvəlki mərhələləri Abican, Zaqreb, Paris və Sent-Luis şəhərlərində keçirilib. Yarışın növbəti mərhələsi Kəlkətə şəhərində təşkil ediləcək. Final seriyasının matçları isə noyabrın 30-dan dekabrın 10-dək Londonda keçiriləcək.