- Baxış sayı: 67
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Şəhriyar Məmmədyarov şahmat üzrə qadınlardan ibarət millimizin Avropa çempionatında bürünc medal qazanmasına münasibət bildirib. Allsport.az xəbər verir ki, o, Batumidə keçirilən turnirdə Ermənistana qalib gələrək 27 il sonra Avropa çempionatında mükafat qazanan qadın yığmamız barədə bunları qeyd edib:
“Afərin bizim xanım şahmatçılara. Tarix yazdılar! Avropa birinciliyində 3-cü yerə çıxdılar. Bunu Ermənistan komandasına galib gələrək etdilər! Afərin sizə! Siz olmasaydınız, hami bizim pis nəticəni müzakirə edəcəkdi, amma hami indi sizdən danışacaq. Qürur duyduq!”
Beynəlxalq qrossmeyster sosial şəbəkə istifadəçilərindən birinin “kişi şahmatçılarımız Avropa çempionatında neynədi?” sualını belə cavablandırıb: “Bu dəfə kişilər kişi kimi oynaya bilmədi”.